Bakı-Tbilisi-Qars xəttində sərnişin daşınması sual altında – Rəsmi açıqlama

Bakı-Tbilisi-Qars xəttində sərnişin daşınması

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə sərnişinlərin daşınması məsələsi hələ də qeyri-müəyyən olaraq qalır.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında hazırda bu istiqamətdə hər hansı bir konkret planın olmadığını bildirib.

QSC sədri qeyd edib ki, layihənin başlanğıcında sərnişin daşınması nəzərdə tutulsa da, hazırda reallıq fərqlidir: "Sözügedən layihə ilkin mərhələdə sərnişin daşımaları nəzərə alınaraq planlaşdırılsa da, hazırda ölkələr arasında bu istiqamətdə konkret plan mövcud deyil."

Sərnişin daşınmasında dəqiq planın olmamasına baxmayaraq, BTQ xətti beynəlxalq yükdaşımalarda əvəzsiz rol oynamağa davam edir. R. Rüstəmovun sözlərinə görə, xətt regional və beynəlxalq logistika baxımından strateji əhəmiyyət daşıyır. Bu marşrut təkcə layihə iştirakçısı olan ölkələr üçün deyil, Çin və Avropa arasında uzanan geniş nəqliyyat dəhlizindəki bütün tərəfdaşlar üçün yeni və böyük imkanlar yaradır.

MONETAR.AZ