BYD bu ölkədə satışlara görə ilk üçlüyə daxil olub

BYD bu ölkədə satışlara görə ilk

BYD markasının Çin bazarında satışları son aylarda azalmasına baxmayaraq, şirkət Özbəkistan bazarında ciddi uğur qazanıb.

110km.ru portalının məlumatına görə, ilin əvvəlindən etibarən Özbəkistanda yerli yığım olan 57 512 avtomobil satılıb ki, onların 4 621-i BYD markasına məxsusdur. Bu nəticə şirkətə 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 61,5% artım qazandırıb və satış həcminə görə ikinci yerə yüksəldib. Birinci yerdə isə Chevrolet qərarlaşıb. Əsasən bu “Cobalt” və “Damas” kimi büdcə modelləri sayəsində baş verib.

Eyni zamanda China bazarında BYD üçün vəziyyət əksinədir. Fevral ayının yekunlarına görə satışlar 64,3% azalaraq 68 623 ədədə düşüb. Nəticədə marka bazarda dördüncü yerə geriləyib və Geely, VolkswagenToyota kimi rəqiblərə uduzub.

Ekspertlər bu azalmayı bir neçə faktorla izah edir: bazarın doyması, istehlakçıların iri alışlara daha ehtiyatlı yanaşması və dövlət dəstəyinin azalması. Xüsusilə qeyd olunur ki, subsidiyalar və vergi güzəştləri olmadan Çində elektromobillərə tələbat kəskin şəkildə zəifləyib.

Daha əvvəl də yerli mütəxəssislər Çin bazarında milli brendlər üçün mümkün çətinliklər barədə xəbərdarlıq etmişdilər.

MONETAR.AZ