Hörmüz Boğazı, əvvəllər dünyanın neft tədarükünün təxminən 15%-i və maye təbii qazın 20%-ni daşıyan ən sıx dəniz yolu hazırda tamamilə bağlanıb. İranda İnqilab Keşikçiləri Korpusunun (İKK) müşaviri İbrahim Cabari bildirib ki, boğazdan keçməyə cəhd edən hər hansı gəmi məhv ediləcək. İran bu su yolunu öz ərazi suları hesab edir və BMT-nin dəniz hüququ konvensiyasına qoşulmayıb.
Boğazın bağlanmasının nəticələri
MarineTraffic-in məlumatına görə, 2 mart saat 21:00-a Hörmüz boğazında heç bir tanker yox idi. Lakin BƏƏ və İran sahilləri arasında 250-dən çox neft, neft məhsulları və MTQ daşıyan gəmi, həmçinin 70-dən çox balker və konteyner gəmisi gözləyir. Əvvəllər boğazdan gündə 200–300 gəmi keçərək Asiya və Avropaya enerji daşıyırdı. Hazırda isə daşımalar bahalaşır, marşrutlar dəyişir, logistika xərcləri artır.
Körfəz ölkələrinə təsir
Ekspertlərin fikrincə, BƏƏ boğazdan yan keçən alternativ terminal imkanına malik olsa da,çatışmazlıq var. Küveyt və Qətər boru kəmərləri ilə neft ixrac edə bilmir, Səudiyyə Ərəbistanı isə qismən Yanbu terminalından ixracını həyata keçirə bilər. Lakin bu bütün ixracı əhatə etmir və təhlükəsiz keçidi təmin etmir. Eyni zamanda, gərginlik BƏƏ və Bəhreynin investisiya imicinə zərbə vurur.
Asiya və Avropa üçün təsir
Çin və Hindistan ən böyük neft idxalçılarıdır. İrandan ixracın böyük hissəsi Çinə gedir, bu isə neftin qiymətinin artması ilə daxili xərcləri yüksəldir. Avropa İttifaqı və ABŞ üçün də böhran maliyyə və logistika xərclərini artırır. Məsələn, Niderlandlarda TTF qaz hubunda maye qa qiymətləri bir gündə 25% artıb, Avropa ölkələrinin qaz ehtiyatları isə yalnız 30 %-dir.
Ekspertlər bildirir ki, neft və qaz istehsal edən ölkələr, o cümlədən Avstraliya, ABŞ, Malayziya, İndoneziya və Rusiya qısa müddətli dövrdə böhrandan faydalana bilər. Qiymət artımı onların gəlirlərini artırır, tədarük həcmlərini genişləndirmək imkanı yaradır. Cənub-Şərqi Asiya ölkələri turizm baxımından da faydalana bilər, çünki regiona turist axını azalacaq və turlara qiymətlər arta bilər.
MONETAR.AZ