2025-ci ilin son rübü üzrə qlobal borc yükü ölkələrin iqtisadiyyatında ciddi şəkildə biruzə verir. Beynəlxalq Maliyyə İnstitutunun məlumatına görə ölkələrdə ev təsərrüfatları, şirkətlər və dövlətin birgə borcu ÜDM-in 3 illik həcmindən çoxdur.
-
Yaponiya – ümumi borcu ÜDM-in 372%-dir. Dövlət borcu 199% ilə ölkənin borc yükünün əsas hissəsini təşkil edir. Korporativ borc 113%, ev təsərrüfatı borcu isə 60%-dir. Borcun artması uzunmüddətli iqtisadi durğunluq və Mərkəzi Bankın dövlət istiqrazlarını alması ilə bağlıdır.
-
Sinqapur – 347%, ev təsərrüfatı 45%, korporativ 130%, dövlət 172%
-
Fransa – 326%, ev təsərrüfatı 59%, korporativ 156%, dövlət 110%
-
Kanada – 315%, ev təsərrüfatı 100%, korporativ 118%, dövlət 97%
-
Çin – 298%, ev təsərrüfatı 60%, korporativ 142%, dövlət 97%
-
ABŞ – 264%, ev təsərrüfatı 68%, korporativ 73%, dövlət 123%
Ekspertlər bildirirlər ki, dünya ölkələrinin borcu iqtisadi qeyri-müəyyənlik, böhranlar və maliyyə xərcləri fonunda artıb. Bu isə həm dövlət, həm şirkətlər, həm də vətəndaşlar üçün maliyyə risklərini yüksəldir.
MONETAR.AZ