Dünya bazarında kərə yağı 6 faiz bahalaşdı

Dünya bazarında kərə yağı

Son məlumatlara görə dünya bazarında bir sıra kənd təsərrüfatı məhsullarının qiyməti artıb.  Kərə yağı 5,95 faiz artaraq günün ən çox bahalaşan məhsulu olub. Kakaonun qiyməti 3,38 faiz, düyününü isə 1,88 faiz yüksəlib.

Bununla yanaşı, portağal şirəsi 4,86 faiz, yulaf 4,83 faiz, buğda isə 2,90 faiz ucuzlaşıb.

Qiymət dəyişiklikləri hava şəraiti, logistika xərcləri və ixrac bazarlarındakı tələb amilləri ilə izah edilir.

MONETAR.AZ