ABŞ administrasiyası İrana və Venesuelaya qarşı həyata keçirilən əməliyyatların nəticələrinə əsaslanaraq Kubaya qarşı mümkün əməliyyat variantlarını nəzərdən keçirir. Bu barədə The Atlantic nəşri mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp 11 milyon əhalisi olan ada ilə bağlı “dostcasına nəzarətə götürmə” ehtimalını istisna etməyib. O bildirib ki, ABŞ dövlət katibi Marko Rubio Kuba rəhbərliyi ilə “çox yüksək səviyyədə” danışıqlar aparır və məqsəd “razılaşma əldə etməkdir”.
Nəşr qeyd edir ki, Vaşinqtonda son hərbi addımların siyasi və hərbi nəticələri təhlil olunur. ABŞ hakimiyyəti bu addımları qarşıya qoyulan məqsədlər baxımından uğurlu hesab edir.
Donald Tramp dəfələrlə Kubanın ağır iqtisadi vəziyyətindən danışaraq adada “nə neftin, nə pulun, nə də hər hansı resursun” olduğunu bildirib.
Bundan əvvəl Norveçin Cənub-Şərq Universitetinin professoru Qlen Dizən ABŞ-ın İrana zərbələrinin ölkə tarixində ən böyük səhvlərdən biri ola biləcəyini deyib. Onun sözlərinə görə, Yaxın Şərqdə hərbi münaqişə obyektivliyin arxa plana keçməsi və militarizmin vətənpərvərlik kimi təqdim olunması fonunda proqnozlaşdırılan fəlakətə çevrilib.
MONETAR.AZ