Kriptovalyuta bazarında artım: Bitkoin 5 faizdən çox bahalaşıb

Kriptovalyuta bazarında artım:

Qlobal maliyyə bazarlarında müşahidə olunan nisbi sabitlik və investor fəallığının artması fonunda kriptovalyuta seqmentində yüksəliş qeydə alınıb.

Son məlumatlara əsasən, Bitcoin 5,14 faiz artaraq bazarda lider mövqeyini qoruyub.

Bazar kapitallaşmasına görə ikinci yerdə qərarlaşan Ethereum 4,86 faiz bahalaşıb. BNB isə 3,62 faiz artıb. Analitiklərin fikrincə, artım əsasən riskli aktivlərə marağın güclənməsi və institusional investorların alışlarının artması ilə bağlıdır.

MONETAR.AZ