Honq Konq dünyanın ən sevilən ictimai nəqliyyat sisteminə malik şəhər seçilib. Bu nəticə Time Out tərəfindən 50-dən çox ölkədə 18,5 mindən artıq sərnişin arasında aparılan sorğuya əsasən müəyyən edilib.
Sorğuya görə, Honq Konqda respondentlərin 98 faizi ictimai nəqliyyat sistemini “yaxşı” və ya “möhtəşəm” kimi qiymətləndirib. Şəhərin nəqliyyat şəbəkəsinə on xəttdən ibarət metro sistemi – Mass Transit Railway, kondisionerli avtobus və mikroavtobuslar, həmçinin iki mərtəbəli tramvaylar daxildir.
2025-ci ilin nəticələrinə əsasən, reytinqdə Asiya şəhərləri üstünlük təşkil edib. Şanxay ikinci, Pekin üçüncü yerdə qərarlaşıb. Sonrakı yerləri Seul, Mumbay tutub.
Avropada isə ən yüksək mövqeyə London sahib olub. Şəhər altıncı yerdə qərarlaşıb və respondentlərin 86 faizi onun ictimai nəqliyyat sistemini müsbət qiymətləndirib. Vyana isə 84 faiz müsbət rəy ilə yeddinci yeri tutub.
MONETAR.AZ