Reutersin məlumatına görə, İran ABŞ-la danışıqlar çərçivəsində gəmilərin Oman sularından keçən hissə vasitəsilə sərbəst və hücum riski olmadan hərəkət etməsinə icazə verə bilər.
ABŞ və İsrailin İran ilə müharibəsi nəticəsində Hörmüz boğazında nəqliyyatın pozulması qlobal neft və qaz tədarükündə tarixdə ən böyük fasilələrdən birinə səbəb olub. Bu marşrutdan dünya üzrə neft və mayeləşdirilmiş qaz axınlarının təxminən 20%-i keçir.
Münaqişənin başlanmasından (28 fevral) bəri Fars körfəzində yüzlərlə tanker və digər gəmi, həmçinin 20 minə yaxın dənizçi ilişib qalıb. 8 apreldə qüvvəyə minmiş iki həftəlik atəşkəsə baxmayaraq, Hörmüz boğazı üzərində nəzarət hələ də danışıqların əsas mövzusu olaraq qalır.
Məlumata əsasən, İran gəmilərin dar boğazın Oman tərəfində yerləşən hissəsindən istifadə etməsinə mane olmayacağını bildirə bilər. Lakin bu təklifin reallaşması ABŞ-ın Tehranın tələblərini qəbul edib-etməməsindən asılıdır.
Bununla belə, İran-ın həmin ərazidə mina təmizləmə aparıb-aparmayacağı və ya İsraillə əlaqəli gəmilərə də sərbəst keçid verib-verməyəcəyi hələ də qeyri-müəyyəndir.
Qeyd olunur ki, bu təşəbbüs Tehranın son həftələrdə irəli sürdüyü daha sərt ideyalardan — məsələn, gəmilərdən keçid haqqı alınması və boğaz üzərində suverenlik iddiaları müəyyən geri addım kimi qiymətləndirilir.
MONETAR.AZ