Azərbaycan üzümü hansı bazarlarda yaxşı satılır?

Azərbaycan üzümü hansı bazarlarda

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 4413 ton təzə üzüm ixrac edib. İxracın ümumi dəyəri 4218,5 min ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə ən böyük ixrac Rusiya bazarına olub. Bu dövrdə ölkəmiz Rusiyaya 3583 ton təzə üzüm göndərərək, 3402 min dollar gəlir əldə edib.

Ukrayna və Belarus da əsas ixrac ölkələri sırasındadır. Ukraynaya 309 ton (373 min dollar), Belarusa isə 279 ton (305 min dollar) təzə üzüm ixrac olunub.

Bu dövrdə Türkiyəyə 169 ton məhsul göndərilib, dəyəri 83 min dollar təşkil edib.

Həmçinin Gürcüstan, İraq, Monqolustan, Səudiyyə Ərəbistanı və Qazaxıstan kimi ölkələrə də ixrac həyata keçirilib.

MONETAR.AZ