Vuçiç Azərbaycan məhsullarının dadını yüksək qiymətləndirib

Vuçiç Azərbaycan  məhsullarının dadını

"İqtisadi əməkdaşlıq və kənd təsərrüfatı məsələlərinə toxunduq. Bu sahədə də çoxlu mübadilə imkanları var. Hesab edirəm ki, Azərbaycanın Zirə bölgəsindən ixrac olunan kənd təsərrüfatı məhsulları çox dadlıdır".

Bunu Aleksandar Vuçiç mətbuat üçün verdiyi bəyanatda İlham Əliyev ilə birlikdə deyib.

O, Azərbaycandan Serbiyaya məhsulların xüsusi endirimlə ixrac edildiyini vurğulayaraq bildirib: “Digər ixrac olunan məhsullarla müqayisədə bu, çox münasib qiymətdir. Buna görə də düşünürük ki, bu sahədə çalışmayan hökumət rəsmiləri də buna diqqət yetirməlidirlər. Onlar bu istiqamətdə əməkdaşlıq qurmalı və əlbəttə ki, azərbaycanlı dostlarımızın təklif etdiyi məhsulların alınmasına hazırlaşmalıdırlar.”

Serbiya prezidenti əlavə edib: “Əlbəttə, bizim də **Azərbaycan**a təklif edə biləcəyimiz çoxlu məhsullar var.”