Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

Bakıda Azərbaycan-Çexiya biznes forumu

Oktyabrın 12-də Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir. Tədbirdə hər iki ölkənin dövlət qurumlarının və biznes dairələrinin nümayəndələri iştirak edirlər.

Monetar.az  AZƏRTAC-a istinadən xəbər verir ki, Forum Azərbaycan və Çexiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət əlaqələrinin inkişafı və biznes tərəfdaşlıqlarının gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində müzakirələrlə yanaşı, Azərbaycan və Çexiya şirkətlərinin nümayəndələri arasında ikitərəfli B2B görüşlər də keçirilir.

Görüşlərin yeni işgüzar əlaqələrin qurulmasına, qarşılıqlı investisiya imkanlarının araşdırılmasına və iki ölkənin şirkətləri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyi gözlənilir.