Bakıda küləyin güclənəcəyi ilə bağlı xəbərdarlıq edilib

Bakıda küləyin güclənəcəyi ilə bağlı

Fevralın 17–18-də Bakıda və Abşeron yarımadasında, eləcə də Azərbaycanın bir sıra bölgələrində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar “sarı xəbərdarlıq” elan edilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, “sarı xəbərdarlığa” uyğun olaraq Qusar, Şamaxı, Xızı, Qobustan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Naftalan, həmçinin Bakı və Abşeron yarımadasında qərb küləyinin sürəti 13,9–20,7 m/s-dək güclənəcək.