Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri fevralın 16-da başa çatıb.
Azərtac xəbər verir ki, Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Serbiya Prezidenti Aleksandar Vuçiç yola salıb.