Sabah Bakı və Abşeronda güclü külək və qar gözlənilir

Sabah Bakı və Abşeronda güclü külək və qar

14 yanvar tarixində Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağışlı və qar qarışıq yağışlı hava proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bəzi ərazilərdə yağıntılar güclənə bilər. Səhər və gündüz hava temperaturu 1–4° C isti olacaq.

Güclü şimal-qərb küləyi əsəcək, atmosfer təzyiqi 757–766 mm civə sütunu səviyyəsində olacaq, nisbi rütubət 80–85% təşkil edəcək.

Azərbaycanın digər bölgələrində də bəzi yerlərdə yağıntılar, yağış-qar qarışığı, dağlıq və dağətəyi ərazilərdə isə qar yağması gözlənilir. Bəzi ərazilərdə yağıntılar intensiv ola bilər və yerli duman yaranacaq. Qərb küləyi bəzi yerlərdə müvəqqəti olaraq güclənəcək.

Hava temperaturu:

  • Gecə: 1° şaxtadan 4° isiyə qədər

  • Gündüz: 5–9° C

  • Dağlarda gecə: 3–8° şaxta

  • Dağlarda gündüz: 0–3° şaxta