Azərbaycanda verilmiş kreditlərin 76 faizi Bakının payına düşür

Azərbaycanda verilmiş kreditlərin

Azərbaycan Respublikasının Mərkəzi Bankının məlumatına əsasən, 31 oktyabr 2025-ci il tarixinə ölkə üzrə ümumi kredit portfeli 29,4 milyard manat təşkil edib. Bu məbləğ qısa müddətli və uzunmüddətli kreditlərin pay bölgüsünə əsaslanır. Ümumilikdə, qısa müddətli kreditlər 25,3 milyard manat, uzunmüddətli kreditlər isə 4,1milyard manat olub.

Regionlar üzrə kredit qoyuluşu aşağıdakı kimi olub:

  • Bakı iqtisadi rayonu: 22 290,671 min manat

  • Naxçıvan iqtisadi rayonu: 493 546 min manat

  • Abşeron-Xızı iqtisadi rayonu: 1 190 827 min manat

  • Dağlıq Şirvan iqtisadi rayonu: 205 917 min manat

  • Gəncə-Daşkəsən iqtisadi rayonu: 882 529 min manat

  • Qarabağ iqtisadi rayonu: 524 483 min manat

  • Qazax-Tovuz iqtisadi rayonu: 562 896 min manat

  • Quba-Xaçmaz iqtisadi rayonu: 511 644 min manat

  • Lənkəran-Astara iqtisadi rayonu: 704 111 min manat

  • Mərkəzi Aran iqtisadi rayonu: 594 604 min manat

  • Mil-Muğan iqtisadi rayonu: 341 474 min manat

  • Şəki-Zaqatala iqtisadi rayonu: 610 103 min manat

  • Şərqi Zəngəzur iqtisadi rayonu: 23 076 min manat

  • Şirvan-Salyan iqtisadi rayonu: 467 976 min manat

Bakı iqtisadi rayonu 22,3 milyard manat ilə kredit qoyuluşunun ən böyük hissəsini təşkil edir. Bu, kredit portfelində 75,8% paya sahib olduğunu göstərir.

Ardınca Abşeron-Xızı iqtisadi rayonu gəlir, burada kreditlər 1,2 milyard manat təşkil edir. Daha sonra isə Gəncə-Daşkəsən və Lənkəran-Astara iqtisadi rayonları gəlir.

Naxçıvan iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu isə kredit qoyuluşu baxımından daha kiçik məbləğlərə malikdir, hər birinin məbləği 0,5 milyon manatdan aşağıdır.

Regionlar üzrə kredit strukturu göstərir ki, Bakı və Abşeron-Xızı iqtisadi rayonları ölkənin kredit bazarının əsas hissəsini təşkil edir.

MONETAR.AZ