Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında könüllü sığorta növləri üzrə toplanmış sığorta haqları 954 milyon 643 min manat olub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,1 % artım deməkdir.
Mərkəzi Bankın məlumatına görə hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin həcmi 651 milyon 761 min manat təşkil edib ki, bu da ötən il ilə müqayisədə 27,7 % çoxdur. Nəticədə, 10 ayda toplanmış hər 100 manat sığorta haqqından 68,3 manatı ödəniş formasında geri qaytarılıb. Qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu göstərici 61,5 manat idi.
Eyni dövrdə Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə toplanmış sığorta haqları 1 milyard 255 milyon 973 min manat təşkil edib ki, bu da illik müqayisədə 12,9 % artım deməkdir. Sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin məbləği isə 772 milyon 602 min manat olub və 2024-cü ilin göstəricisinə nisbətən 24,2 % artıb.
Beləliklə, 2025-ci ilin yanvar-oktyabr aylarında sığorta bazarında toplanmış hər 100 manatın 61,5 manatı ödənişlərə yönəldilib. Qeyd edək ki, 2024-cü ilin müvafiq dövründə bu göstərici 56 manat idi.
MONETAR.AZ