Hansı bölgədə əmanət faizləri daha yüksəkdir?

Hansı bölgədə əmanət faizləri

Azərbaycanın müxtəlif regionlarında cəlb olunan əmanətlərin faiz dərəcələri arasında fərqliliklər müşahidə olunur.

Mərkəzi Bankın  31 oktyabr 2025-ci il tarixinə olan məlumatına görə faiz dərəcələri bölgələr üzrə aşağıdakı kimi olub.

  • Ölkə üzrə: 5,18%

  • Bakı iqtisadi rayonu: 5,03%

  • Naxçıvan iqtisadi rayonu: 5,26%

  • Abşeron-Xızı iqtisadi rayonu: 6,84%

  • Dağlıq Şirvan iqtisadi rayonu: 5,96%

  • Gəncə-Daşkəsən iqtisadi rayonu: 6,69%

  • Qarabağ iqtisadi rayonu: 5,30%

  • Qazax-Tovuz iqtisadi rayonu: 6,39%

  • Quba-Xaçmaz iqtisadi rayonu: 6,18%

  • Lənkəran-Astara iqtisadi rayonu: 6,09%

  • Mərkəzi Aran iqtisadi rayonu: 6,33%

  • Mil-Muğan iqtisadi rayonu: 4,14%

  • Şəki-Zaqatala iqtisadi rayonu: 5,47%

  • Şərqi Zəngəzur iqtisadi rayonu: 4,03%

  • Şirvan-Salyan iqtisadi rayonu: 4,92%

MONETAR.AZ