İpoteka kreditlərini ən çox hərbçilər, ən az fərdi sahibkarlar götürür

İpoteka kreditlərini ən çox hərbçilər,

Azərbaycanda ipoteka kreditləri götürən şəxslərin iş yerlərinə görə sayları açıqlanıb.  İpoteka və Kredit Zəmanət Fondunun hesabatına görə ipoteka kreditləri götürənlər müxtəlif sektorları əhatə edir və ən çox pay hərbi, maliyyə, hüquq-mühafizə və energetika sahələrində çalışanlara məxsusdur. Bu imkandan yararlanaraq mənzil şəraitini yaxşılaşdıranların sayı aşağıdakı kimi olub.

  • Hərbi: 7 541 nəfər

  • Maliyyə qurumları: 7 290 nəfər

  • Digər: 7 886 nəfər

  • Energetika: 3 992 nəfər

  • Hüquq-mühafizə orqanları: 3 952 nəfər

  • Təhsil: 2 175 nəfər

  • Yerli və xarici dövlət qurumları: 1 589 nəfər

  • Rabitə və informasiya texnologiyaları: 1 281 nəfər

  • Tikinti: 918 nəfər

  • Xidmət: 963 nəfər

  • Nəqliyyat: 737 nəfər

  • Səhiyyə: 710 nəfər

  • Sahibkarlıq fəaliyyəti: 265 nəfər

  • Kommersiya fəaliyyəti: 217 nəfər

  • Fərdi sahibkarlar: 41 nəfər

MONETAR.AZ