“Microsoft” şirkəti Internet Explorer brauzerini 2015-ci ildə dayandıraraq Chromium mühərriki əsasında hazırlanmış Edge brauzerini təqdim etsə də, köhnə brauzerin bəzi funksiyalarını dəstəkləyən IE Mode uyğunluq rejimini uzun müddət saxlayıb.
Şirkətin korporativ müştərilərə göndərdiyi son məlumat bülleteninə əsasən, Internet Explorer texnologiyalarının Edge-dən tamamilə çıxarılması 2029-cu ildə həyata keçiriləcək. Həmin il brauzerin böyük yenilənməsi ilə Internet Explorer-in Trident mühərrikini emulyasiya edən köhnə funksiyalardan imtina ediləcək.
“Microsoft” bildirib ki, Internet Explorer texnologiyalarının dəstəklənməsinin dayandırılması mərhələli şəkildə həyata keçiriləcək. Şirkətin məlumatına görə, köhnə Windows versiyalarından istifadə edən müştərilər Edge-in bu dəyişiklikdən əvvəlki sonuncu yenilənməsindən təxminən bir il əvvəl xəbərdar ediləcəklər.
Beləliklə, Internet Explorer-in əsas brauzer kimi fəaliyyətinin dayandırılmasından təxminən 14 il sonra onun texnologiyalarının Edge daxilində qalan son izlərinin də aradan qaldırılması nəzərdə tutulur.
MONETAR.AZ