Toyota zavodlarında 400 min humanoid robot tətbiq etməyi planlaşdırır

Toyota zavodlarında 400 min humanoid robot

“Toyota Motor Corp.” öz istehsal müəssisələrində 400 min humanoid robotdan istifadə etməyi planlaşdırır. Bu barədə “Nikkei” qəzeti məlumat yayıb.

Məlumata görə, robotlar ənənəvi ikiayaqlı hərəkət sistemi əvəzinə təkərlərlə təchiz ediləcək. Qurğuların hər birində iki barmaqlı mexaniki əllər olacaq və bir robotun çəkisi təxminən 50 kiloqram təşkil edəcək.

Plan çərçivəsində “Toyota” 400 min robotun 150 minini öz zavodlarında yerləşdirməyi nəzərdə tutur. Daha 250 min robot isə şirkətin komplektləşdirici hissə tədarükçülərinin müəssisələrində istifadə olunacaq.

“Nikkei” robotların istehsalata hansı müddətdə və dəqiq nə vaxt tətbiq ediləcəyinə dair əlavə məlumat verməyib.

MONETAR.AZ