Kəndlərdə 11-ci sinfi bitirənlərin sayı azalıb, şəhərlərdə isə artıb

Kəndlərdə 11-ci sinfi bitirənlərin sayı azalıb,

2025-ci ildə Azərbaycanda 9-cu sinfi bitirən şagirdlərin sayı 2015-ci illə müqayisədə 48,5 min nəfər, tam orta təhsili başa vuranların sayı isə 22,8 min nəfər artıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2015-ci ildə ümumi orta məktəbi (9-cu sinfi) 108,5 min şagird bitirdiyi halda, 2025-ci ildə bu göstərici 157 min nəfərə çatıb. Beləliklə, 10 il ərzində 9-cu sinfi bitirənlərin sayı 44,7% artıb.

Tam orta məktəbi bitirənlərin sayında da artım qeydə alınıb. 2015-ci ildə 11-ci sinfi başa vuranların sayı 88,6 min nəfər olduğu halda, 2025-ci ildə 111,4 min nəfərə yüksəlib. Artım 25,7% təşkil edib.

Şəhər və kənd yerləri üzrə göstəricilər də dəyişib. 9-cu sinfi bitirən şəhər şagirdlərinin sayı 62,2 min nəfərdən 101,4 min nəfərə, kənd şagirdlərinin sayı isə 46,3 min nəfərdən 55,7 min nəfərə çatıb.

11-ci sinfi bitirən şəhər şagirdlərinin sayı 49,5 min nəfərdən 74,2 min nəfərə yüksəlib. Kənd yerlərində isə bu göstərici 39,1 min nəfərdən 37,2 min nəfərə düşüb.

2020-ci illə müqayisədə də məzunların sayı artıb. 2025-ci ildə 9-cu sinfi bitirənlərin sayı 118,3 min nəfərdən 157 min nəfərə, 11-ci sinfi bitirənlərin sayı isə 79,4 min nəfərdən 111,4 min nəfərə yüksəlib.

Beləliklə, 2015–2025-ci illərdə hər iki təhsil pilləsi üzrə məzunların sayı artıb. Artım xüsusilə 9-cu sinfi bitirənlər arasında daha yüksək olub. Şəhər yerlərində məzunların sayı hər iki pillə üzrə artdığı halda, kənd yerlərində tam orta təhsili bitirənlərin sayı azalıb.