“Azercell” tariflərini yeniləyir: qiymətlər və xidmət həcmləri artırılır

“Azercell” tariflərini yeniləyir:

“Azercell Telekom” MMC istifadəçilərin mobil internetə artan tələbatını nəzərə alaraq, 06 aprel 2026-cı il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid “SuperSən”, “Sadə”, “GəncOL”“İstəSən” tarif paketlərində dəyişikliklər həyata keçirəcək.

Yeniliklər çərçivəsində qeyd olunan tariflərin internet həcmi artırılacaq və aşağıdakı şərtlər tətbiq ediləcək.

1. “SuperSən” tarif paketləri

Bir sıra “SuperSən” tarif paketləri üzrə internet həcmi 1 GB artırılacaq.

  • “SuperSən 1GB” → “SuperSən 2GB”

  • “SuperSən 3GB” → “SuperSən 4GB”

  • “SuperSən 6GB” → “SuperSən 7GB”

  • “SuperSən 10GB” → “SuperSən 11GB”

Bu paketlərin qiymətləri müvafiq olaraq 8 AZN, 12 AZN, 17 AZN və 22 AZN təşkil edəcək.

2. Digər “SuperSən” paketləri

Digər paketlər üzrə isə internet həcmi 2 GB artırılacaq.

  • “SuperSən 20GB” → “SuperSən 22GB”

  • “SuperSən 30GB” → “SuperSən 32GB”

Bu paketlərin qiymətləri müvafiq olaraq 32 AZN42 AZN müəyyən ediləcək.

3. “Sadə” tarif paketi

“Sadə 6” tarif paketi üzrə internet həcmi 1 GB artırılacaq və paket “Sadə 8” paketi ilə əvəz ediləcək.

Yeni tarif paketinin qiyməti 8 AZN təşkil edəcək.

4. “GəncOL” tarif paketləri

Bütün “GəncOL” tarif paketləri üzrə danışıq dəqiqələrinin sayı artırılacaq. Eyni zamanda WhatsApp tətbiqindən (səsli və video zənglər, media paylaşımı və s.) istifadə üçün əlavə 500 MB internet təqdim ediləcək.

  • “Həftəlik GəncOL” tarifində mövcud dəqiqələrə 100 dəqiqə əlavə olunacaq və paketin qiyməti 3,90 AZN olacaq.

  • “GəncOL 6”“GəncOL 9” tarif paketlərində isə mövcud dəqiqələrə 200 dəqiqə əlavə ediləcək. Bu paketlərin qiymətləri müvafiq olaraq 8 AZN11 AZN təşkil edəcək.

Qeyd edək ki, bütün “GəncOL” paketləri çərçivəsində WhatsApp və digər mesajlaşma xidmətlərində mətn yazışmaları üçün mövcud imkanlar əvvəlki şərtlərlə saxlanılacaq.

5. “İstəSən” tarif paketi

“İstəSən” tarif paketi üzrə başlanğıc internet həcmi 4 GB-a qədər artırılacaq. Paketin qiyməti 9 AZN təşkil edəcək.

Yenilənmiş tarif paketi üzrə yeni şərtlər tətbiq olunacaq. Ətraflı məlumatla Azercell Telekom şirkətinin rəsmi internet saytında tanış olmaq mümkündür.

Eyni zamanda “İstəSən” tarif paketinə yeni qoşulmalar dayandırılacaq. Hazırda bu tarifdən istifadə edən abunəçilər isə cari abunəliyini ləğv etmədikləri halda, növbəti yenilənmə tarixindən etibarən paketi yeni şərtlərlə istifadə etməyə davam edə biləcəklər.

Şirkət bildirir ki, tariflərin optimallaşdırılması məqsədilə həyata keçirilən bu yeniliklər mobil internetə tələbatın artdığı mühitdə abonentlərə rabitə və internet resurslarından daha səmərəli istifadə imkanı yaradacaq. Abunəçilər mövcud tarif paketləri üzrə digər üstünlüklərdən əvvəlki şərtlərlə yararlanmağa davam edəcəklər.

MONETAR.AZ