Ceff Bezosun süni intellekt laboratoriyası rekord dəyərə yaxınlaşır

Ceff Bezosun süni intellekt laboratoriyası rekord

Ceff Bezos süni intellekt sahəsindəki təşəbbüsü üçün milyardlarla dollar həcmində maliyyə cəlb etməyə yaxınlaşır. Bu razılaşma erkən mərhələli startaplar üçün dünyanın ən iri investisiya raundlarından biri ola bilər. Bu barədə Financial Times məlumatlı mənbələrə istinadla xəbər yayıb.

Məlumata görə, Bezosun “Project Prometheus” kod adlı süni intellekt laboratoriyası təxminən 10 milyard dollar investisiya cəlb etməyə yaxındır və bu, şirkətin ümumi dəyərini yeni kapital daxil olmaqla təxminən 38 milyard dollara çatdıra bilər. Sövdələşmənin yaxın vaxtlarda tamamlanacağı gözlənilir.

Bu maliyyələşmə ötən ilin noyabrında cəlb edilmiş ilkin 6,2 milyard dolların davamıdır və investorların yüksək marağı səbəbindən genişləndirilib.

Layihə fiziki dünyanı anlayan və mühəndislik, istehsal kimi sahələrdə tətbiq oluna bilən süni intellekt sistemlərinin hazırlanmasına yönəlib. Bu təşəbbüs, Bezosun 2021-ci ildə Amazon şirkətinin baş icraçı direktoru vəzifəsindən ayrılmasından sonra ilk aktiv operativ rolu hesab olunur.

Məlumata əsasən, investisiya raundunda JPMorganBlackRock kimi iri maliyyə qurumları iştirak edir.

Bundan əlavə, şirkət texnologiyalarının təsir göstərəcəyi gözlənilən digər şirkətlərdə pay almaq üçün ayrıca investisiya mexanizmi də yaradır.

MONETAR.AZ