HONOR X9e Pro Barents dənizində sınaqdan keçirilib

HONOR X9e Pro Barents dənizində

HONOR X9e Pro smartfonu Barents dənizinin sərt şəraitində su altında sınaqdan keçirilib. Test zamanı cihazlardan suyun temperaturunun maksimum 7°C olduğu mühitdə, 15,5 metrədək dərinlikdə foto və videoçəkiliş üçün istifadə olunub.

İki gün davam edən sınaqlar çərçivəsində üç HONOR X9e Pro smartfonu su altında ümumilikdə 7 saatdan çox qalıb. Dalğıc prosesləri 2,5 metrdən 15,5 metrədək dərinlikdə həyata keçirilib və hər seans 2-15 dəqiqə davam edib.

Sınaqlardan sonra smartfonlar şirin su ilə yuyulub. İstehsalçının cihaz üçün açıqladığı 10 metrlik suya davamlılıq həddi aşılmasına baxmayaraq, hər üç smartfon testdən sonra tam işlək vəziyyətdə qalıb.

Su altında çəkiliş zamanı xüsusi “Suyun altında” rejimindən istifadə edilib. Bu rejim aktivləşdirildikdə ekran bloklanır, kameranın idarə edilməsi isə səs səviyyəsi düymələri vasitəsilə həyata keçirilir.

Rejim həmçinin sualtı çəkilişlər üçün xüsusi rəng tənzimləmələrini və smartfonun dinamiklərindən suyun avtomatik çıxarılması funksiyasını özündə birləşdirir.

HONOR X9e Pro modelinin Rusiyada rəsmi satışlarına 15 oktyabrda başlanılması planlaşdırılır.

MONETAR.AZ