Windows istifadəçilərinə kritik xəbərdarlıq edilib

Windows istifadəçilərinə kritik xəbərdarlıq

Windows əməliyyat sistemində hər an baş verə biləcək sistem çökmələri, virus hücumları və ya aparat (hardware) nasazlıqları zamanı fərdi məlumatları sığortalamağın daxili yolları açıqlanıb. Nüfuzlu XDA Developers nəşrinin redaktoru Abhişek Kumar Mişra bildirir ki, kənar proqramlara ehtiyac duymadan Windows-un daxili alətləri ilə ən vacib sənədləri və sistem nizamlamalarını tam təhlükəsiz saxlamaq mümkündür.

Ekspertlər həmçinin xatırladırlar ki, Microsoft iyun ayının sonunda verdiyi qərarla Windows 10 sisteminin rəsmi dəstək müddətini uzadıb. Sistem 12 oktyabr 2027-ci il tarixinədək pulsuz təhlükəsizlik yeniləmələrini almağa davam edəcək. Bu isə həm Windows 10, həm də Windows 11 istifadəçiləri üçün ehtiyat nüsxələmə (backup) mexanizmlərini daha aktual edir.

Bu funksiya birbaşa bulud texnologiyasına əsaslanır və sistem sıfırlandıqdan sonra köhnə masaüstünüzü saniyələr ərzində geri qaytarır.

İstifadəçi sistem ayarlarından daxili ehtiyat nüsxələməni aktivləşdirir. Bu zaman Windows əsas parametrləri, quraşdırılmış proqramların siyahısını və parolları OneDrive hesabınızla sinxronizasiya edir. Sistem yenidən quraşdırıldıqda (format olunduqda) Windows bu məlumatları avtomatik bərpa etməyi təklif edir.

Xüsusilə Word, Excel və mətn sənədləri ilə işləyənlər üçün bu funksiya alternativ xilas yoludur. Aktivləşdirildikdən sonra sistem eyni faylın zaman daxilindəki müxtəlif versiyalarını (redaktələrini) yaddaşda saxlayır.

İstifadəçi sənəddə səhvən vacib bir hissəni silib yadda saxladıqda (Save etdikdə) və ya fayl zədələndikdə, həmin faylın üzərinə sağ düymə ilə sıxaraq "Properties" (Xüsusiyyətlər) -> "Previous Versions" bölməsindən sənədin bir neçə saat və ya gün əvvəlki dəyişdirilməmiş versiyasını geri qaytara bilir.

Bir çox istifadəçi 5 GB-lıq pulsuz bulud həcmini az hesab edərək bu funksiyanı tamamilə qapadıb saxlayır. Lakin unudulmamalıdır ki, bu funksiyanın məqsədi sizin ağır video və ya oyun arxivlərinizi saxlamaq deyil.

Bu alət sistemin "onurğa sütununu", yəni konfiqurasiyalarınızı və kritik sənədlərinizi qorumaq üçün nəzərdə tutulub. "File History" isə lokal diskdə (və ya xarici flaş-kartda) işlədiyindən bulud yaddaşını doldurmur və sizi "səhvən silinən sənəd" kabusundan tamamilə xilas edir. Hər iki funksiyanı paralel işlətmək məlumat itkisi riskini sıfıra endirir.

MONETAR.AZ