Texnologiya nəhəngi "Samsung", qapalı məkanlarda hava keyfiyyətini artırmağa və xüsusilə allergiyadan əziyyət çəkən istifadəçilərin həyat keyfiyyətini yüksəltməyə yönəlmiş iki yeni məhsulunu təqdim edib. Şirkətin nümayiş etdirdiyi "Samsung Bespoke AI WindFree" kondisioneri və "Samsung Jet 85S" simsiz şaquli tozsoranı yaşayış sahələrində allergenlərin konsentrasiyasını (sıxlığını) minimuma endirmək üçün qabaqcıl filtrasiya sistemləri ilə təchiz olunub.
Hər iki cihaz ekosistem daxilində ağıllı idarəetmə və yüksək effektivlik prinsiplərinə əsaslanır.
Təqdim olunan cihazların hər biri yaşayış sahəsinin fərqli nöqtələrində (havada və səthlərdə) təmizliyi təmin etmək üçün fərqli funksional üstünlüklərə malikdir.
Allergiya və astmadan əziyyət çəkənlər üçün evdəki ən böyük təhlükə "görünməz" hissəciklərdir. Adi tozsoranlar və kondisionerlər çox vaxt iri tozları tutsa da, mikro-hissəcikləri yenidən havaya üfürərək daxili mühitdə allergen sirkulyasiyası yaradır.
"Samsung"-un PM1.0 və HEPA filtrlərini daxili hava dinamikası (WindFree) ilə kombinasiya etməsi bu sirkulyasiya zəncirini qırır. Cihazın komplektinə daxil olan "Pet Tool+" başlığı və saç dolaşmasının qarşısını alan mexanizm isə ev heyvanı saxlayan ailələr üçün təmizlik prosesini mexaniki olmaqdan çıxarıb mikrobioloji səviyyəyə qaldırır.
MONETAR.AZ