İstanbul hava limanı ardıcıl iki dəfə dünyanın ən yaxşı aeroportu seçilib

İstanbul hava limanı ardıcıl iki dəfə
20 İyul 2025 01:15

Türkiyənin İstanbul hava limanı dalbadal iki dəfə dünyanın ən yaxşı aeroportu seçilib. Bu göstərici ABŞ-ın səyahət və istirahət mövzularında ixtisaslaşmış beynəlxalq “Travel and Leisure” jurnalı tərəfindən keçirilən “Dünyanın ən yaxşı on beynəlxalq hava limanı” sorğusuna əsasən müəyyən edilib.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.

Nazir bildirib ki, bununla yanaşı, iyulun 18-də həyata keçirilən 1695 hava hərəkəti ilə İstanbul hava limanı açıldıqdan bəri ən yüksək gündəlik uçuş sayına çatıb.

MONETAR.AZ


Oxşar xəbərlər