Bu gün bazar ertəsi Bakıda hava küləkli olacaq.
Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.
Rayonlarda isə havanın temperaturu 41 dərəcəyə yüksələcək. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° olacaq.