Hər il iyunun 1-i dünyada Ümumdünya Süd Günü kimi qeyd olunur. Bu gün 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən təsis edilib və südün insan sağlamlığındakı əhəmiyyətinə diqqət çəkməyi hədəfləyir.
Mütəxəssislərin fikrincə, süd və süd məhsulları orqanizmin sağlam fəaliyyəti üçün vacib olan kalsium, zülal, vitamin və minerallarla zəngindir. Xüsusilə uşaqların fiziki inkişafı, həmçinin yaşlı insanların sümük sağlamlığının qorunması baxımından südün müntəzəm istehlakı mühüm hesab olunur.
Ümumdünya Süd Günü münasibətilə müxtəlif ölkələrdə sağlam qidalanmanın təşviqi məqsədilə maarifləndirici tədbirlər təşkil edilir. Bu təşəbbüslər insanların gündəlik qida rasionunda süd və süd məhsullarının rolunu ön plana çıxarmağa xidmət edir.
MONETAR.AZ