Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası iki kafedra üzrə ümumilikdə 7 vakant vəzifənin tutulması üçün müsabiqə elan edib.
Monetar.az xəbər verir ki, vakansiyalar “Fəlsəfə və sosial psixologiya” və “Dillər” kafedralarını əhatə edir.
“Fəlsəfə və sosial psixologiya” kafedrasında kafedra müdiri vəzifəsi üzrə 1, dosent vəzifəsi üzrə isə 2 yer vakantdır. “Dillər” kafedrasında da kafedra müdiri üçün 1, dosent vəzifəsi üçün 3 yer ayrılıb.
Müsabiqədə iştirak etmək istəyənlər elan dərc edildiyi gündən etibarən 30 gün ərzində sənədlərini təqdim etməlidirlər. Ərizə rektorun adına yazılmalı və mövcud qaydalara uyğun sənədlərlə birlikdə təqdim olunmalıdır.
Sənədləri şəxsən və ya [email protected] elektron poçt ünvanına göndərmək mümkündür.
Müsabiqə müvafiq qaydalar və ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulmasını tənzimləyən əsasnamə əsasında keçiriləcək.