2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda çoxdöllü doğuşlar qeydə alınıb. Statistikaya əsasən, bu müddətdə əkiz doğuşların sayı üçəm doğuşlardan xeyli çox olub.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ölkədə 1 902 əkiz və 69 üçəm doğuş qeydə alınıb.
Həmin dövrdə Azərbaycanda 40 min 191 ölüm qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə düşən ölüm göstəricisi 5,9 səviyyəsində dəyişməyib.