Azərbaycan Respublikasının Baş Prokurorluğunda qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı bu gün keçiriləcək.
Monetar.az xəbər verir ki, imtahan9 oktyabr 2026-cı il saat 10:00-da Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən Dövlət İmtahan Mərkəzinin elektron imtahan korpusunda təşkil olunacaq.
İştirakçılar imtahanın başlanmasına ən azı 1 saat qalmış buraxılış vərəqəsi və şəxsiyyətini təsdiq edən sənədin əsli ilə imtahan binasının qarşısında olmalıdırlar.