Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Clean Home” MMC-nin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, aktiv məşğulluq tədbiri 14 oktyabr 2026-cı il tarixində saat 10:30-da Şükürbəyli kənd inzibati binasında təşkil olunacaq.
Əmək yarmarkasında “Clean Home” MMC üzrə mövcud vakansiyalar işaxtaranlara təqdim ediləcək. Vakansiyaların tələblərinə uyğun namizədlərin qeydiyyatı aparılacaq.
Bununla yanaşı, tədbir iştirakçılarına Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.