Cənubi Koreyada 40 min Samsung işçisi tətilə çıxıb

Cənubi Koreyada 40 min Samsung işçisi

Samsung Electronics-in Cənubi Koreyadakı təxminən 40 min əməkdaşı əməkhaqqı tələbləri ilə tətil keçirib. Bu barədə Reuters məlumat yayıb.

Etiraz aksiyası Pyeonqtək şəhərində yerləşən Pyeongtaek istehsal kompleksində baş tutub. İşçilər maaş artımı tələb edir və tələblər yerinə yetirilməzsə may ayında 18 günlük daha geniş tətilə gedəcəklərini bildiriblər.

Əsas narazılıq bonus ödənişləri ilə bağlıdır. Həmkarlar ittifaqının məlumatına görə, Samsung Electronics çip istehsalı ilə məşğul olan işçilərə 2025-ci il üzrə təxminən 38 milyon von bonus verib. Bu isə rəqib SK Hynix ilə müqayisədə təxminən üç dəfə azdır.

Bu fərq səbəbilə bəzi işçilərin SK Hynix-ə keçdiyi bildirilir.

Həmkarlar ittifaqı əlavə olaraq 7% maaş artımı, şirkətin illik əməliyyat mənfəətinin 15%-nin bonuslara yönəldilməsi və bonus hesablamalarında şəffaflığın artırılmasını tələb edir.

Samsung Electronics rəhbərliyi isə danışıqların davam etdiyini və razılaşma əldə olunmasına çalışıldığını bildirib.

MONETAR.AZ