Dövlət qulluqçuları üçün Bərdə, Tərtər, Ağdam və Ağcabədidə təlimlər keçirilir

Dövlət qulluqçuları üçün Bərdə, Tərtər, Ağdam və Ağcabədidə

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2026-cı ilin sonunadək Azərbaycanın bütün regionlarında dövlət qulluqçuları üçün təlimlər təşkil olunacaq.

Təlimlər Prezidentin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1–3-cü bəndlərində nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində keçirilir. Bu istiqamətdə DİM əsas icraçı qurum kimi müəyyən edilib.

Oktyabrın 20-də başlayan təlimlər oktyabrın 23-dək Bərdə, Tərtər, Ağdam və Ağcabədi rayonlarını əhatə edəcək.

Təlimlər zamanı dövlət qulluqçularına “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi”, “Ünsiyyət bacarıqlarının inkişafı” və “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında məlumat verilib. Həmçinin mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, dövlət qulluqçuları üçün təlimlər 2026-cı ilin sonunadək Azərbaycanın digər şəhər və rayonlarında da davam etdiriləcək.