Azərbaycanda dövlət ali təhsil müəssisələrində əyani təhsil alan tələbələrin 53%-i təqaüd alır.
Monetar.az Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət – 2026” statistik məcmuəsinə istinadən xəbər verir ki, 2025/2026-cı tədris ilinin əvvəlində dövlət universitetlərində əyani təhsil alan tələbələrin sayı 205 980 nəfər olub.
Onlardan 109 272 nəfəri təqaüd alıb. Bu isə ümumi tələbə sayının 53%-ni təşkil edir.
Maraqlıdır ki, 2010/2011-ci tədris ilində dövlət ali təhsil müəssisələrində əyani oxuyan tələbələrin yalnız 41,1%-i təqaüd alırdı. 2015/2016-cı tədris ilində bu göstərici 37,4% təşkil edib.
Digər tərəfdən, dövlət universitetlərində təhsil haqqını tam ödəməklə oxuyan tələbələrin sayı 105 896 nəfərdir. Bu, həmin müəssisələrdə təhsil alan tələbələrin ümumi sayının 46,6%-nə bərabərdir.
Qeyd edək ki, təqaüdlə bağlı göstəricilər dövlət ali təhsil müəssisələrinin əyani təhsil alan tələbələrinə aiddir.