Azərbaycanda elmi tədqiqat xərclərinin 60 faizdən çoxu əməkhaqqına gedir

Azərbaycanda elmi tədqiqat xərclərinin

Azərbaycanda 2025-ci ildə elmi tədqiqat və işləmələrə çəkilən daxili cari xərclərin 160,3 milyon manatı əməkhaqqına yönəldilib.

Monetar.az Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət – 2026” statistik məcmuəsinə istinadən xəbər verir ki, həmin il elmi tədqiqatlara çəkilən daxili cari xərclərin ümumi həcmi 266,1 milyon manat olub.

Beləliklə, elmi tədqiqatlara ayrılan cari vəsaitin təxminən 60,3%-i əməkhaqqının ödənilməsinə sərf edilib.

Bundan başqa, 38,6 milyon manat sosial sığortaya, 8,7 milyon manat avadanlıqlara, 31,3 milyon manat digər maddi xərclərə, 27 milyon manat isə digər cari xərclərə yönəldilib.

Müqayisə üçün bildirək ki, 2024-cü ildə elmi tədqiqatlara çəkilən daxili cari xərclərin 144 milyon manatı əməkhaqqına sərf edilmişdi.

Beləliklə, bir ildə elmi tədqiqat sahəsində əməkhaqqı xərcləri 16,3 milyon manat və ya 11,3% artıb.