"Alibaba"nın illik gəliri 1 trilyon yuanı ötüb

 "Alibaba"nın illik gəliri 1 trilyon yuanı

Çinin texnologiya və elektron ticarət nəhəngi Alibaba Group-un 2026-cı il martın 31-də başa çatan maliyyə ili üzrə gəliri 1 trilyon yuanı ötüb. Bununla belə, şirkət Çin bazarında güclü rəqabətlə üzləşir.

Monetar.az xəbər verir ki, 1999-cu ildə yaradılan Alibaba elektron ticarət, bulud texnologiyaları, logistika və digər rəqəmsal xidmətlər sahəsində fəaliyyət göstərir.

Şirkətin bazar dəyəri 2026-cı ilin noyabrında təxminən 266 milyard dollar olub. Bu göstərici 2020-ci ildə qeydə alınmış təxminən 850 milyard dollarlıq zirvə dəyərindən xeyli aşağıdır.

Şirkətin əsas rəqibləri arasında Pinduoduo və Douyin kimi platformalar yer alır. Xüsusilə canlı yayımlar vasitəsilə satışların genişlənməsi ənənəvi elektron ticarət modelinə ciddi rəqabət yaradıb.

2025-ci ildə Douyin platformasında canlı yayımlar vasitəsilə satışların həcmi 4,4 trilyon yuana çatıb.

Alibaba-nın beynəlxalq ticarət bölməsinin 2026-cı maliyyə ilində gəliri isə 144 milyard yuanı ötüb. Şirkət daxili bazarda rəqabət təzyiqi ilə üzləşdiyi bir vaxtda xarici bazarlarda genişlənməni əsas inkişaf istiqamətlərindən biri hesab edir.