Çin baza faiz dərəcələrini 18-ci aydır dəyişməz saxlayır

Çin baza faiz dərəcələrini 18-ci aydır

Çin bu gün kreditlər üzrə baza faiz dərəcələrini (LPR) ardıcıl 18-ci aydır dəyişməz saxlayıb. Qərar bazar gözləntilərinə uyğun olub. Pekin iqtisadi artımı dəstəkləmək zərurəti ilə pul-kredit siyasətinin daha da yumşaldılması imkanları arasında tarazlıq yaratmağa çalışır.

Yeni və mövcud kreditlərin əksəriyyəti üçün əsas göstərici hesab edilən birillik LPR 3,00% səviyyəsində saxlanılıb. İpoteka kreditləri üzrə faizlərin müəyyənləşdirilməsində əsas götürülən beşillik LPR isə 3,50% olaraq qalıb.

Qərar Çin iqtisadiyyatında zəifləmə əlamətlərinin müşahidə olunduğu bir vaxtda qəbul edilib. Oktyabr ayının statistikası sənaye istehsalının artım tempinin aşağı düşdüyünü, pərakəndə satışların illik artımının isə zəiflədiyini göstərib.

Çin Xalq Bankı son dövrdə pul-kredit siyasətinin əsas aləti kimi birgünlük kreditlər üzrə faiz dərəcəsindən istifadəyə üstünlük verməyə başlayıb. Analitiklərin fikrincə, bu dəyişiklik baza kredit faizlərini dərhal azaltmadan maliyyələşmə şərtlərinin yumşaldılmasına və monetar siyasətin iqtisadiyyata ötürülmə mexanizminin təkmilləşdirilməsinə xidmət etməlidir.

MONETAR.AZ