Beynəlxalq sorğunun nəticələrinə əsasən, dünyanın ən nəzakətli ölkələrinin reytinqi müəyyən edilib. 4,6 mindən çox respondentin iştirakı ilə aparılan araşdırmada Yaponiya açıq fərqlə birinci olub.
Sorğunun nəticələrinə görə, Yaponiya 35,2 faiz səs toplayaraq digər ölkələri xeyli geridə qoyub. Bu göstərici ikinci yerdə qərarlaşan Kanada ilə müqayisədə təxminən üç dəfə çoxdur.
İkinci yeri tutan Kanada 13,4 faiz səs toplayıb. İlk üçlüyü isə 6,2 faizlə Böyük Britaniya tamamlayır.
Reytinqdə sonrakı pillələrdə Çin (3,1 faiz), Almaniya (2,8 faiz) və Filippin (2,3 faiz) yer alıb.
İlk onluqda həmçinin İsveç, Danimarka və Finlandiya kimi Skandinaviya ölkələri üstünlük təşkil edir. Afrikadan siyahıya daxil olan yeganə ölkə isə Cənubi Afrika Respublikası olub.
Araşdırmada qeyd edilir ki, nəzakət anlayışı ölkələr üzrə fərqli qəbul olunsa da, bu amil turizm və beynəlxalq işgüzar münasibətlərə birbaşa təsir göstərir.
Mütəxəssislərə görə Yaponiya cəmiyyətində hörmət, qayda-qanun və sosial harmoniya kimi dəyərlərin yüksək tutulması bu ölkənin reytinqdə lider olmasını şərtləndirən əsas amillərdəndir.
MONETAR.AZ