Bu gündən Azərbaycanda ümumi təhsil müəssisələrində payız tətili başlayır. 5 gün davam edəcək tətil noyabrın 20-də başa çatacaq.
Monetar.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, tətil başa çatdıqdan sonra ilk dərs günü altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən məktəblərdə noyabrın 21-də, beşgünlük iş həftəsi ilə işləyən məktəblərdə isə noyabrın 23-də olacaq.
Payız tətili məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına da şamil edilir.
Tətilin müddəti Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli qərarı ilə müəyyən edilmiş qaydalara uyğun olaraq təsdiqlənib.