Azərbaycanda oktyabr ayı üzrə pensiyaların ödənişinin bu gün, oktyabrın 20-də respublika üzrə yekunlaşdırılması nəzərdə tutulur.
Monetar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları oktyabrın 14-də ödənilib. Respublikanın digər bölgələri üzrə ödənişlərin isə bu gün tam başa çatdırılması planlaşdırılır.