OpenAI əməkdaş sayını 8 min nəfərə çatdırmağı planlaşdırır

OpenAI əməkdaş sayını 8 min nəfərə

Bu barədə Financial Times mənbələrə istinadən xəbər yayıb.

Hazırda təxminən 4 500 nəfərlik heyətə malik olan şirkətin genişlənmə planı əsasən məhsul inkişafı, mühəndislik, tədqiqat və satış sahələrini əhatə edəcək. Eyni zamanda şirkətlərə süni intellekt alətlərini daha effektiv tətbiq etməyə kömək edən vəzifələrə də xüsusi diqqət yetiriləcək.

Bu addım OpenAI-nin korporativ bazarda mövqelərini gücləndirmək cəhdləri fonunda atılır. Bu sahədə rəqib Anthropic son dövrlərdə mövqelərini möhkəmləndirib və yeni müştərilər daha çox onun məhsullarına üstünlük verir.

Şirkət həmçinin məhsul strategiyasını optimallaşdırır. Bu çərçivədə kodlaşdırma modeli Codex-in ChatGPT ilə vahid platformada birləşdirilməsi planlaşdırılır. Məqsəd həm biznes istifadəçiləri, həm də ödənişli abunəçilər arasında istifadənin artırılmasıdır.

 

MONETAR.AZ