Türkiyənin 2026-cı il üzrə tədqiqat universitetləri sıralamasında Koç Universiteti birinci, Sabancı Universiteti ikinci, Orta Doğu Texniki Universiteti (ODTÜ) isə üçüncü yeri tutub.
Monetar.az xəbər verir ki, Türkiyənin Ali Təhsil Şurasının (YÖK) açıqladığı 2026-cı il tədqiqat universitetləri sıralamasında ümumilikdə 23 universitet yer alıb.
İlk beşlikdə Koç, Sabancı və ODTÜ ilə yanaşı İstanbul Texniki Universiteti (İTÜ) və Yıldız Texniki Universiteti qərarlaşıb.
Sıralamada Boğaziçi Universiteti 6-cı, İhsan Doğramacı Bilkent Universiteti 7-ci, Ankara Universiteti 8-ci, İstanbul Universiteti 9-cu, Hacettepe Universiteti isə 10-cu olub.
İstanbul Universiteti-Cerrahpaşa 11-ci, Qazi Universiteti 12-ci, Atatürk Universiteti 13-cü, Erciyes Universiteti 14-cü, İzmir Yüksək Texnologiya İnstitutu 15-ci yerdə qərarlaşıb.
Siyahının növbəti pillələrində Ege Universiteti (16), Sakarya Universiteti (17), Gebze Texniki Universiteti (18), Marmara Universiteti (19), Fırat Universiteti (20), Qaradəniz Texniki Universiteti (21), Bursa Uludağ Universiteti (22) və Çukurova Universiteti (23) yer alıb.
Sıralama Türkiyədə elmi-tədqiqat fəaliyyəti ilə seçilən universitetləri əhatə edir.