Minik avtomobilləri ucuzlaşıb, yanacaq bahalaşıb

Minik avtomobilləri ucuzlaşıb,

Azərbaycanda 2026-cı ilin yanvar-avqust aylarında minik avtomobillərinin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə minik avtomobilləri 1,8% ucuzlaşıb.

Bunun əksinə, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiyməti 2,8%, yanacaq məhsullarının qiyməti isə 5,2% artıb.

Velosipedlərin qiyməti 1,6%, telefon aparatlarının qiyməti 1,2% bahalaşıb.

Digər tərəfdən, məlumatın işlənməsi üçün avadanlıqların – fərdi kompüter, noutbuk və planşetlərin qiyməti 0,3% azalıb.

Foto-kino avadanlıqları və optik cihazların qiymətində isə illik müqayisədə dəyişiklik olmayıb.