Sərnişin tələbatının daha yaxşı qarşılanması məqsədilə şəhərətrafı qatarların həftəiçi reyslərinin sayı artırılır.
“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, yenilənmiş hərəkət cədvəlinə əsasən, bu gündən etibarən həftəiçi şəhərətrafı qatar reyslərinin gündəlik sayı 96-dan 100-ə yüksəldiləcək.
Yeni cədvələ əsasən, Sumqayıt–Pirşağı–Bakı istiqamətində saat 05:55 və 11:50-də əlavə reyslər həyata keçiriləcək.
Bakı–Pirşağı–Sumqayıt istiqamətində isə saat 06:46 və 10:45-də əlavə qatarlar hərəkət edəcək.
Sərnişinlər yenilənmiş hərəkət cədvəli ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi resursları vasitəsilə tanış ola bilərlər.