2026-cı ilin avqust ayında bəzi qeyri-qida məhsullarının qiyməti əvvəlki ayla müqayisədə ucuzlaşıb. Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, avqust ayında evə qulluq etmək üçün lazım olan məhsulların qiyməti iyul ayına nisbətən 0,5% azalıb.
Xalça və digər döşəmə örtükləri də aylıq müqayisədə 0,2% ucuzlaşıb. Ayaqqabıların qiyməti 0,2%, məlumatın işlənməsi üçün avadanlıqların qiyməti isə 0,2% azalıb.
Velosipedlərin qiymətində aylıq azalma 0,1%, telefon aparatlarında isə 0,1% təşkil edib.
Bəzi məhsulların qiymətində isə artım qeydə alınıb. Məişət cihazları 0,4%, mebel və ev əşyaları 0,3%, kiçik elektrik cihazları 0,3%, inşaat materialları və şüşə məmulatları isə 0,2% bahalaşıb.
Avqust ayında geyim, dərman, müalicə ləvazimatları, minik avtomobilləri, yanacaq və foto-kino avadanlıqlarının qiymətində isə dəyişiklik olmayıb.