2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda alkoqollu içkilər və tütün məmulatlarının qiymətlərində də artım qeydə alınıb. Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, araq və brendinin (konyak) qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 8,9%, tütün məmulatlarının qiyməti isə 10,1% artıb.
Beləliklə, hesabat dövründə tütün məmulatlarının qiymət artımı araq və brendi ilə müqayisədə daha yüksək olub.
2026-cı ilin avqust ayında isə iyul ayı ilə müqayisədə araq və brendinin qiyməti 0,1% ucuzlaşıb, tütün məmulatlarının qiymətində isə dəyişiklik baş verməyib.
İllik müqayisədə, yəni 2026-cı ilin avqust ayı 2025-ci ilin avqust ayı ilə müqayisədə araq və brendinin qiyməti 8,4%, tütün məmulatlarının qiyməti isə 9,5% bahalaşıb.