Azərbaycanda kartof istehsalı 2020-ci ildə 1 milyon 37,6 min ton olduğu halda, 2025-ci ildə 924,7 min tona düşüb. Beş il ərzində istehsal 112,9 min ton və ya 10,9% azalıb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, kartof ehtiyatlarının ümumi həcmi də 2020-ci ildəki 1 milyon 840,6 min tondan 2025-ci ildə 1 milyon 687,8 min tona enib. Azalma 152,7 min ton və ya 8,3% təşkil edib.
Əhalinin şəxsi istehlakına yönəldilən kartofun həcmi 2020-ci ildə 830,7 min ton olduğu halda, 2025-ci ildə 795,3 min tona düşüb. Bu göstərici 4,3% azalıb.
İlin sonuna qalan kartof ehtiyatı da 2020-ci ildəki 636,2 min tondan 2025-ci ildə 574,1 min tona enib. 5 il ərzində ehtiyat qalığı 62,1 min ton və ya 9,8% azalıb.
Digər tərəfdən, kartof itkiləri 2025-ci ildə 50,6 min ton təşkil edib. Bu, həmin il ölkədə istehsal olunan kartofun təxminən 5,5%-nə bərabərdir.
2025-ci ildə kartof istehsalı 1 milyon ton həddindən aşağı düşüb. Eyni zamanda, toxum üçün istifadə olunan kartofun həcmi də 2020-ci ildəki 171 min tondan 2025-ci ildə 134,8 min tona qədər azalıb